Moskvada avtomobili partladılan şəxsin yüksək vəzifəli zabit olmadığı üzə çıxıb – YENİLƏNİB-2 – PARTLAYIŞ ANIbackend

Moskvada avtomobili partladılan şəxsin yüksək vəzifəli zabit olmadığı üzə çıxıb – YENİLƏNİB-2 – PARTLAYIŞ ANI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Moskvanın şimalında avtomobilin partlaması nəticəsində yaralanan şəxsin Rusiya Silahlı Qüvvələri Baş Qərargahının peyk rabitəsi üzrə rəis müavini Andrey Torqaşov olmadığı üzə çıxıb.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, hadisə zamanı yaralanan Andrey Torqaşov sadəcə onunla eyni ad və soyada malikdir. Hadisə zamanı yaralanan Andrey Torqaşovun da hərbçi olduğu əlavə edilib.

Hadisə zamanı avtomobildə onun həyat yoldaşı da olub. A. Torqaşovun vəziyyəti ağır olsa da, qadın üz nahiyəsindən yüngül xəsarət alıb.

Məlumatda o da bildirilib ki, əməliyyat-istintaq tədbirləri zamanı hadisəni törətməkdə şübhəli bilinən şəxsin kimliyi müşahidə kameraları vasitəsilə müəyyən edilib.

 

***

11:15

Moskvada təxribat nəticəsində Rusiya Silahlı Qüvvələri Baş Qərargahının peyk rabitəsi üzrə rəis müavini Andrey Torqaşov yaralanıb.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, o, partlayış nəticəsində ayağının bir hissəsini itirib.

Xatırladaq ki, bu gün Moskvanın şimalında“Toyota Land Cruiser” avtomobilinin partlaması nəticəsində kişi və qadın yaralanıb.

***

10:58

Moskvanın şimalında partladılmış avtomobil hərbçi Andrey Torqaşov və onun həyat yoldaşına məxsusdur.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Hadisə zamanı hər iki şəxsin yaralandığı bildirilib. Müstəntiqlər Moskvada “Toyota Land Cruiser” markalı avtomobilin partladılmasını adam öldürməyə cəhd kimi qiymətləndirilib.

***

10:05

Moskvada avtomobil partlayıb, qadın və kişi yaralanıb.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, hadisə şəhərin Sinyavinskaya küçəsində yerləşən yaşayış binasının yaxınlığında qeydə alınıb.

Partlayış kişi və qadının “Toyota Land Cruiser” avtomobilin içərisinə əyləşdiyi zaman baş verib. Məlumata görə, hər iki şəxs yaralanıb.

Hadisənin partlayıcı qurğunun işə düşməsi nəticəsində baş verdiyi bildirilib. Faktla bağlı Rusiya İstintaq Komitəsi cinayət işi açıb.