Moskvada azərbaycanlı biznesmenlərin bazarında bomba həyəcanıbackend

Moskvada azərbaycanlı biznesmenlərin bazarında bomba həyəcanı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Moskvada azərbaycanlı iş adamlarına məxsus “Sadovod” bazarına bomba qoyulması barədə polisə məlumat daxil olub.

NOCOMMENT qafqazinfo-ya istinadən xəbər verir ki, anonim daxil olan məlumatla bağlı araşdırma aparılır və bazara mütəxəssislər cəlb olunublar.

“Moskva dairəvi yolunun 14-cü kilometrliyindəki Sadovod bazarında partlayış təhlükəsi barədə məlumat daxil olub”, – deyə polisin açıqlamasında qeydedilib.

Bildirilib ki, əməliyyat xidmətinin mütəxəssisləri artıq bazarda yoxlama işlərinə başlayıblar. Bazarın işçiləri və müştərilər hələ ki, evakuasiya edilməyib.

Xatırladaq ki, Moskvanın ən böyük bazarlarından biri olan “Sadovod” azərbaycanlı iş adamı Qod Nisanov və Zarah İliyevin “Kiyevskaya Ploşad” şirkətinə məxsusdur. Bazar 40 hektar ərazidə yerləşir və 8000 mağazanı əhatə edir.