Moskvada azərbaycanlılarla ermənilər arasında daha bir neçə toqquşma olubbackend

Moskvada azərbaycanlılarla ermənilər arasında daha bir neçə toqquşma olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın paytaxtı Moskvada ermənilərlə azərbaycanlılar arasında yenidən toqquşmalar olub.

NOCOMMENT rus mətbuatına istinadən xəbər verir ki, Bratislavsk küçəsində ermənilər azərbaycanlılara hücum ediblər.

Məlumata görə, daha bir hadisə Yeni Moskva şəhərində, “Salarevo” metrostansiyasının yaxınlığında qeydə alınıb. Toqquşma zamanı hər iki tərəfdən onlarla insan iştirak edib.

Rusiya mətbuatı şəhərin digər rayonlarında da diaspor təşkilatları nümayəndələri arasında toqquşmaların olduğunu xəbər verib.

Ölkənin Daxili İşlər Nazirliyinin Moskva üzrə Baş İdarəsi hələlik baş verənlərlə bağlı hər hansı açıqlama yaymayıb.