Moskvada kütləvi atışmanın səbəbi müəyyən olundu: Saxlanılanlar varbackend

Moskvada kütləvi atışmanın səbəbi müəyyən olundu:Saxlanılanlar var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Moskvanın şərqində baş verən silahlı insidentin səbəblərini ararşdırmaqydınlaşdırmaq məqsədilə yerli polis 35 nəfəri saxlayıb.

NOCOMMENT.az-ın verdiyi xəbərə görə, hadisə yanvarın 1-də səhər saatlarında Uralskaya küçəsində baş verib.

Yerli sakinlər təxminən 50 nəfər şəxs arasındakı atışma ilə bağlı polisə xəbər etdikdən sonra hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə gəlib. Ərazidə qan izləri tapılıb.

Polis əraziyə gələnədək münaqişə iştirakçıları hadisə yerindən qaçıblar. Təhlükəsizlik kameralarına baxışdan sonra hadisə yerində üç avtomobil olduğu ortaya çıxıb, onların ikisi artıq tapılıb.

Bundan əlavə, polis, avtomat silahdan atəş açan şəxsi də tutmağa müvəffəq olub.

İlkin məlumatlara görə, hadisəyə səbəb Yeni il şənliyi zamanı baş verən dava olub. Dava edənlərin spirtli içkinin təsiri altında olduğu bildirilir. / APA