Moskvada müharibəyə qarşı çıxan deputat həbs edildibackend

Moskvada müharibəyə qarşı çıxan deputat həbs edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Moskvada məhkəmə müharibə əleyhinə çıxış edən Krasnoselski rayonunun bələdiyyə şurasının deputatı Aleksey Qorinovu 7 il müddətinə azadlıqdan məhrum edib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “Aleksey Qorinova azadlıq” Teleqram kanalı məlumat yayıb.

Qeyd edək ki, Aleksey Qorinov martın 15-də Ukraynada uşaqların öldüyü bir vaxtda uşaq rəsmləri müsabiqəsinin keçirilməsini rüsvayçılıq hesab etmiş və demişdi:

“Bu planı qəbul etməyə ehtiyac yoxdur. Qonşu suveren dövlətin ərazisində hərbi əməliyyatlar aparılarkən, ölkəmizdə keçiriləcək hansı istirahət və əyləncədən danışmaq olar? Söhbət hansı uşaq rəsm müsabiqəsindən gedir, deyə bilərsinizmi? Ukraynada artıq 100-ə yaxın uşaq həlak olub, uşaqlar yetim qalır. İkinci Dünya müharibəsi iştirakçılarının nəvələri və nəticələri indi Ukrayna ərazisində bu döyüşlərdə ölür. Vətəndaş cəmiyyətinin bütün səyləri yalnız müharibənin dayandırılmasına və Rusiya qoşunlarının Ukrayna ərazisindən çıxarılmasına yönəlməlidir”.