Moskvada polis gücləndirilmiş rejimə keçirildi – Terror…backend

Moskvada polis gücləndirilmiş rejimə keçirildi – Terror…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın paytaxtı Moskvada polis gücləndirilmiş rejimə keçirilib.

NOCOMMENT.az xəbər verir ki, məlumatı “Baza” Teleqram kanalı yayıb.

Bildirilib ki, buna səbəb ABŞ səfirliyinin Moskvada mümkün terror aktları ilə bağlı məlumat yaymasıdır.

Məlum olub ki, Moskvanın mərkəzində və bəzi nəqliyyat növlərində patrul qruplarının sayı 2-2,5 dəfə artırılıb, mülki geyimli polislər də asayişi qorumağa cəlb olunub.

Qeyd edək ki, martın 7-də ABŞ-ın səfirliyinin rəsmi internet saytında ABŞ vətəndaşlarına Moskvada izdihamlı yerlərdən çəkinmələri barədə xəbərdarlıq yayılıb.