Rusiya Ukraynaya məxsus olduğunu iddia etdiyi pilotsuz uçuş aparatının (PUA) Moskva şəhər mərkəzinə hücum təşkil etdiyini açıqlayıb.
NOCOMMENT.az xəbər verir ki, Rusiya rəsmiləri, pilotsuz təyyarənin bir binaya dəyərək iş yerlərinin cəmləşdiyi hər tərəfdən eşidilən partlayışa səbəb olduğunu iddia edib.
Moskva meri Sergey Sobyanin hava hücumundan müdafiə sistemlərinin PUA-nı vurduğunu və onun qalıqlarının şəhərin sərgi mərkəzinə düşdüyünü bildirib.
Bu hücum Rusiya paytaxtına son dövrdə edilən hücumların sonuncusudur.
Sosial şəbəkələrdə yayılan təsdiqlənməmiş kadrlarda Moskva üzərində gecə səmasına qalxan qatı boz tüstü görünür.
İddia ilə bağlı Ukraynadan heç bir açıqlama verilməyib.
NOCOMMENT.AZ