Moskvadakı hadisələrə görə 7 erməni sərbəst buraxıldı, 3 azərbaycanlı həbs edildibackend

Moskvadakı hadisələrə görə 7 erməni sərbəst buraxıldı, 3 azərbaycanlı həbs edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyada azərbaycanlılar və ermənilər arasında baş verən toqquşmalara görə saxlanılan 7 erməni sərbəst buraxılıb.

NOCOMMENT.az xəbər verir ki, bununla bağlı erməni mediası məlumat yayıb. Digər məlumata görə, polis saxladığı 3 azərbaycanlının həbs olunması ilə bağlı məhkəməyə müraciət edib.

İTAR TASS-ın yazdığına görə, onlar Moskvanın cənub-şərqində baş vermiş və bir nəfər Ermənistan vətəndaşının xəsarət aldığı kütləvi davanın iştirakçılarıdır.

Moskvanın Kuzminski məhkəməsindən bildirilib ki, Həmidov, Vəliyev və Zavidov barədə həbs qətimkan tədbiri seçilib. Onlar xuliqanlıq maddəsilə günahlandırılır.

Musavat.com