Moskvadan Gəncəyə uçmalı olan təyyarə saatlardır gecikirbackend

Moskvadan Gəncəyə uçmalı olan təyyarə saatlardır gecikir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın “Ural Airlines” aviaşirkətinə məxsus “U6 2411” Moskva-Gəncə və “U6 2412” Gəncə-Moskva reyslərində müşahidə olunan gecikmə RF paytaxtındakı əlverişsiz hava şəraiti ilə əlaqədardır.

NOCOMMENT.az “Report”a istinadən xəbər verir ki, “U6 2411” nömrəli reysin Moskvadan uçuşu yerli vaxtla saat 16:05-ə planlaşdırılıb.

Əvvəlcə Moskva-Gəncə reysinin yerli vaxtla saat 10:00-a, Gəncə-Moskva reysinin isə saat 15:50-yə planlaşdırıldığı bildirilmişdi.

Hazırda Gəncədən Moskvaya gedən təxminən 100 sərnişin uçuşu gözləyir.

Reyslə bağlı daha ətraflı məlumat almaq üçün sərnişinlərə birbaşa aviaşirkətə müraciət etmələri tövsiyə olunur.

***

Moskvanın “Domodedovo” Hava Limanından Gəncə şəhərinə uçmalı olan U6 2411 Moskva-Gəncə reysi təxminən 5 saatdan artıqdır gecikir.

NOCOMMENT.az-ın məlumatına görə, eyni zamanda təkrar istiqamətə uçuşu gözlənilən U6 2412 reysində də gecikmə qeydə alınıb.

Uçuşu “Ural Airlines” şirkəti həyata keçirir.

Moskva-Gəncə reysi üzrə sərnişinlərin sayı dəqiq bilinməsə də, Gəncədən eyni reys üzrə 100-dən artıq sərnişin istifadə edəcək. (Qafqazinfo)