Moskvadan Lənkərana birbaşa uçuşlar başlayırbackend

Moskvadan Lənkərana birbaşa uçuşlar başlayır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İyunun 22-dən Rusiyanın “Utair” aviaşirkəti paytaxt Moskvadan Azərbaycanın Lənkəran şəhərinə uçuşlara başlayacaq.

NOCOMMENT.az xəbər verir ki, bu barədə şirkət məlumat yayıb.

Məlumata görə, aviareyslər həftədə bir dəfə – şənbə günləri həyata keçiriləcək. Uçuş müddəti 3 saat 40 dəqiqədir.

Bu “Utair” üçün yeni istiqamətdir. Aviaşirkət bu ay xarici marşrutlar şəbəkəsinə Bakı (Azərbaycan), Antalya (Türkiyə), Səmərqənd (Özbəkistan), İrəvan (Ermənistan) və digər istiqamətləri də əlavə etməyi planlaşdırır./Axar.az/