Moskvanın kölgəsi: Ermənistanda Vensin səfərinə qarşı kampaniyabackend

Moskvanın kölgəsi: Ermənistanda Vensin səfərinə qarşı kampaniya

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistanın radikal müxalifəti və bu dairələrə bağlı eskpertlər Moskvadan aldıqları tapşırıq əsasında ABŞ vitse-prezidenti Ceyms Vensin Ermənistana səfərini və İrəvanda imzalanan sazişlərin əhəmiyyətini azaltmağa çalışırlar.

Bu fikirləri NOCOMMENT.az-a danışan politoloq Elxan Şahinoğlu deyib.

O, açıqlamasında deyib:

“Birincisi, Vens İrəvanda “soyqırım abidəsini” ziyarətiylə bağlı paylaşımını sildiyinə görə tənqid olunub.

İkincisi, ABŞ-nin Ermənistanın nüvə enerjisi sektorunun inkişafına 9 milyard dollar sərmayə qoyayacağı şübhə altına alınıb”.

“Aydındır ki, Vensin Baş nazir Nikol Paşinyanla imzaladığı saziş Ermənistanın Rusiyadan enerji asılılığını azaltmaq məqsədi daşıyır. Ancaq Paşinyana müxalif olanların fikrincə, ABŞ layihəsinin reallaşacağı sual altındadır. Çünki, radikallar hesab edirlər ki, ABŞ-ın başqa ölkələrdə modul tipli atom elektrik stansiyaları inşa etmək təcrübəsi yoxdur və bu modulların istismarı baha başa gəlir.

Radikalları o da qəzəbləndirib ki, Rusiya və Çin Ermənistanda daha ucuz qiymətə modul tipli atom elektrik stansiyalarının inşası təklifini verərkən, Nikol Paşinyan cəmiyyətlə məsləhətləşmədən daha bahalı Amerika varitantını seçib.

Radikallar ABŞ-nin Ermənistana satacağı 6 milyon dəyərindəki dronların faydasız olduğunu da iddia ediblər. Çünki həmin dronlar hücum deyil, kəşfiyyat xarakterlidir.

Elxan Şahinoğlu

Erməni radikalların və onlarla əlaqəli ekspertlərin canfəşanlığı aydındır. Vensin İrəvana səfəri və Ermənistana dəstəyi parlament seçkiləri öncəsi Nikol Paşinyanın mövqelərini gücləndirir.

Bunu amerikalı rəsmilər heç gizlətmirlər də. Paşinyan ölkəsinin Rusiyanın asılılığından qurtulması üçün çalışır. Ona görə də İrəvan Rusiyanın “Rosatom” şirkətinin modul tipli atom elektrik stansiyasının inşası təklfinə deyil, Amerikanın eyni təklifinə üstünlük verib.

ABŞ-nin Ermənistanda inşa edəcəyi modul tipli atom elektrik stansiyaları Rusiyanın idarə etdiyi “Metsamor” atom elektrik stansiyasını tədricən əvəz edəcək.

O ki qaldı, ABŞ-nin İrəvana satacağı kəşfiyyat karakterli pilotsuz uçuş aparatlarına, qonşu ölkə Azərbaycanla sülh quruculuğu prosesini davam etdirdiyinə görə İrəvanın hücum dronlarına ehtiyacı olmamalıdır”, – politoloq yekunlaşdırıb.

Tunar
NOCOMMENT.az