Moskvanın ŞOK PLANI və Dudayevin AÇIQLAMASI: “Çeçenistan, Krım, Qarabağ və Qazaxıstan…”backend

Moskvanın ŞOK PLANI və Dudayevin AÇIQLAMASI: “Çeçenistan, Krım, Qarabağ və Qazaxıstan…” 

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qazaxıstanda baş verən son hadisələr – “sülhməramlı” missiya adı altında Rusiyanı hərbi qüvvələrinin bu ölkəyə soxulması bütövlükdə post-sovet məkanında böyük silkələnmə yaratdı. Artıq, xeyrli müddətdir hərbi arsenalını Ukrayna sərhədinə toplayıbn işğalla təhdid edən Rusiya bu gün bütün keçmiş sovet respublikalarında “işğal qorxusu” yaradıb.

“NOCOMMENT” Publika.az-a istinadən xəbər verir ki, Çeçenistanın birinci Prezidenti, Rusiya tərəfindən aviaterror nəticəsində şəhid olmuş Cövhər Dudayev hələ 90-ların əvvəlində bir videomüsahibəsində Rusiyanın işğal planları haqqında xəbərdarlıq edibmiş. Dudayevin 25 il öncəki gözləntilərinin bir çoxu reallığa çevrilib. Dudayev deyir: “Çeçenistan sadəcə bir amildir. Daha sonra sırada Qafqaz var. Sonra Baltik bölgəsi, sonra Orta Asiya.

Burada nə planlaşdırırlar? Acariya, Abxaziya, Dağlıq Qarabağ, Cənubi Osetiya bölgələrində… Rusiya ordusu yerləşdirilir və daha sonra isə Rusiyaya birləşdirilməsi planlaşdırılır. Əslində isə məqsəd qafqazlıların Qafqazsızlaşdırılmasıdır. Daha sonra isə sırada Kırım var idi. Çeçenistan müharibəsindən sonda bütün bu ordu Kırıma yerləşdiriləcəkdi. Orta Asiyada Qazaxıstan və Qırğızıstan yeni Rusiyanın koloniyası olacaqdı. 1995-ci il üçün Rusiyanın planlarını bax belə özətləyə bilərik”.