Mossad üzvü qayıq qəzasında həlak oldu – İsrail etiraf etdibackend

Mossad üzvü qayıq qəzasında həlak oldu – İsrail etiraf etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail, İtaliyanın şimalındakı Maggiore gölündə qayıq qəzasında ölən vətəndaşının xarici kəşfiyyat agentliyi Mossad-da işlədiyini etiraf edib.

NOCOMMENT.az xəbər verir ki, açıqlamada Mossad “təqaüdə çıxdıqdan sonra İsrailin təhlükəsizliyi üçün çalışan qətiyyətli və peşəkar həmkarını” itirib deyə qeyd olunub.

İsrail vətəndaşının cənazəsinin ölkəyə gətirildiyi və Mossadda xidmət etdiyi üçün əlavə məlumat verilə bilməyəcəyi bildirilib.

Qeyd edək ki, mayın 28-də axşam saatlarında İtaliyanın şimalındakı Maggiore gölündə baş verən qəza ilə bağlı ilk xəbərdə, əlverişsiz hava şəraiti səbəbindən bir gəzinti gəmisinin çevrildiyi bildirilmişdir.

Ölənlərin ad gününü qeyd etmək üçün bir araya gələn turistlər olduğu iddia edilsə də, İtaliya mətbuatında “007-lərin qayıq qəzası” başlıqlı xəbərlər gəmidə İtaliya və İsrail kəşfiyyatçılarının olduğunu ortaya çıxarıb.

NOCOMMENT.AZ