Motosiklet və moped sürücülərinə xəbərdarlıq edildibackend

Motosiklet və moped sürücülərinə xəbərdarlıq edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Motosiklet və moped sürücülərinə qaydalara əməl etmələri ilə bağlı çoxsaylı müraciətlərimizə baxmayaraq, yollarda fürsət yaranan kimi “qaydanı pozum, heç bir problem olmaz” düşüncəsi ilə bu nəqliyyat vasitələrini necə gəldi idarə edənlər az deyil”.

NOCOMMENT.az bildirir ki, bu, DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin məlumatında qeyd olunub.

Vurğulanıb ki, müşahidə kameraları 24 saat işləyir və sürücülərin törətdikləri hər bir qayda pozuntusu nəzarətdən kənarda qalmır:

“Mərkəz olaraq növbəti dəfə moped və motosiklet sürücülərinə tövsiyə edirik ki, yol-nəqliyyat hadisələrinin baş verməsinə, digərlərinin həyatını təhlükəyə atmasına, eləcə də yollarda sıxlığın yaranmasına səbəb olmasınlar”.

Qurum həmçinin sözügedən problemlə bağlı nümunə də çəkib:

“Ötən gün günorta saatlarında Heydər Əliyev prospekti, metronun “Koroğlu” stansiyası istiqamətində oxşar hadisə baş verib. Burada motosiklet sürücüsü çoxzolaqlı yolda qaydanı pozaraq avtomobillərin intensiv hərəkət etdiyi digər zolağa daxil olub və qəfil motosiklet yanıb. Ona kömək etmək istəyən minik avtomobilinin sürücüsü isə yol-nəqliyyat hadisəsinin baş verməsinə səbəb olub.  Nəticədə həmin sürücülərin törətdiyi qayda pozuntusuna görə, paytaxtın əsas prospektlərindən birində ciddi sıxlıq yaranıb”.