Motosiklet və skuter oğurlayan şəxslər həbs olundularbackend

Motosiklet və skuter oğurlayan şəxslər həbs olundular

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Paytaxtın Binəqədi rayon sakini olan bir nəfər polisə müraciət edərək 500 manat dəyərində motosikletinin naməlum şəraitdə oğurlandığını bildirib.

Daxili İşlər Nazirliyindən NOCOMMENT.az -a verilən xəbərə görə, polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 46 yaşlı Q.Məmmədov müəyyən olunaraq saxlanılıb.

Məlumata görə, Sumqayıt şəhərində isə 800 manat dəyərində skuteri oğurlamaqda şübhəli bilinən 34 yaşlı R.Abdullayev də polis əməkdaşları tərəfindən saxlanılıb.

Hər iki faktla bağlı araşdırma aparılır.