Dünən saat 22 radələrində Sabunçu rayonu Pirşağı qəsəbəsində qəza baş verib.
NOCOMMENT.az xəbər verir ki, 2003-cü il təvəllüdlü Rusiya vətəndaşı Emil Elşən oğlu Ələkbərovun idarə etdiyi “Haojue HJ150-6” markalı motosikletlə Əli Yasanovun sürdüyü “Hyundai HD-65” markalı yük avtomobilinə çırpılıb. Nəticədə motosikletçi aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib..
Faktla bağlı Sabunçu RPİ-də cinayət işi başlanılaraq istintaq aparılır.










