Mövlam Şıxəliyevin əmlakları hərraca çıxarıldıbackend

Mövlam Şıxəliyevin əmlakları hərraca çıxarıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsinin keçmiş rəisi Mövlam Şıxəliyevə məxsus əmlaklar hərraca çıxarılıb.

NOCOMMENT.az qaynarinfo-ya istinadən xəbər verir ki, artıq ona məxsus bir neçə əmlak satılıb.

Digər əmlaklala bağlı da dövri olaraq hərrac təşkil edilir. Satılan əmlaklardan əldə olunan vəsait Nərimanov rayon icra şöbəsinin depozit hesabına köçürülür. İddialara görə, depozit hesabına 2 milyondan artıq məbləğ yığılıb.

Bununla belə, zərərəçəkmişlərə hələ ödəniş edilməyib.

Bildirilir ki, icra şöbəsinin depozit hesabına 2 milyon manatdan artıq məbləğ yığıldığından xəbər tutan zəzərçəkmişlər ədliyyə naziri Fərid Əhmədova müraciət edib.