Tanınmış türkiyəli müğənni Metin Arolat səhnədə vəfat edib.
NOCOMMENT.az Sfera.az-a istinadən xəbər verir ki, sənətçinin meneceri Halil Yıldırım onun ölüm xəbərini təsdiqləyib.
52 yaşındakı ifaçı İstanbulun Kozyatağında klubda mahnı oxuyarkən qəfil halı pisləşib.
Ona ürək masajı edilsə də, heç bir xeyri olmayıb. İnfarkt keçirdiyi deyilən Arolat təcili yardım maşınına mindirilərək xəstəxanaya aparılıb. Arolatın xəstəxanada dünyasını dəyişdiyi açıqlanıb.
Qeyd edək ki, Metin Arolat 28 may 1972-ci ildə İzmirdə anadan olub. Ana tərəfdən çərkəz, ata tərəfdən İstanbulludur.Ata tərəfdən Ali Muhsin Paşa, Hasan İzzet Paşa və Çərkəz Mehmetin nəvəsi olan Mətin Arolat həm də Mövlananın 23-cü nəsil nəvəsidir. Babası 23 iyul 1897-ci ildə anadan olan məşhur türk şairi Ali Mümtaz Arolatdır.
O, 1995-ci ildə “Ayrılık Olmaz” albomu ilə musiqi bazarına girib və “Star TV”, “Kanal 6” və “ATV”nin Reklam Departamentlərində direktor vəzifəsində çalışaraq, reklam, rejissorluq və albom işlərinə davam edib. O, indiyə qədər cəmi 5 albom çıxarıb: 1995 – “Ayrılık Olmaz”, 1998 – “Yine Bir Başıma”, 2005 – “Kabul et”, 2010 – “Lütfen Yaz Gelsin” (Single), 2010 – “Çok Daha Ötesi”, 2014 – “Karavan”.Metin Arolat bir çox markaların reklamlarına rəhbərlik edib. Vanda Nara və İkardi kimi məşhurların reklam çarxını çəkib.