Türkiyə Böyük Millət Məclisinin NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğlunun başçılıq etdiyi nümayəndə heyəti 3-5 aprel tarixlərində Azərbaycanda səfərdə olacaq.
NOCOMMENT.az yenisabah.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı səfriliyindən bildirilib.
Nümayəndə heyəti səfər çərçivəsində aprelin 4-də Şəhidlər Xiyabanı və Türk şəhidliyini ziyarət edəcək.