Mövlud Çavuşoğlu Rusiyanın Türkiyəyə uçuşları dayandırmasına münasibət bildiribbackend

Mövlud Çavuşoğlu Rusiyanın Türkiyəyə uçuşları dayandırmasına münasibət bildirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rusiyanın Türkiyəyə uçuşları məhdudlaşdırması ilə bağlı qərarın arxasında siyasi səbəb görmürəm”.

NOCOMMENT report-a istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Rusiyanın Türkiyə ilə uçuşları məhdudlaşdırması qərarına münasibət bildirərkən deyib.

“İstər-istəməz bunun mənfi təsirləri olacaq. Uçuşların bərpası istiqamətində fəaliyyət göstəririk. Qərarın arxasında siyasi səbəb görmürəm”, – deyə o vurğulayıb.

XİN başçısı hesab edir ki, Rusiyanın qərarı tamamilə insanların sağlamlığının qorunması ilə bağlıdır: “Almaniya ilə ötən il bu istiqamətdə etdiyimiz əməkdaşlığı Rusiya ilə də görmək istədiyimizi onlara çatdırdıq. Bu çərçivədə Rusiyadan nümayəndə heyəti gəlib, Türkiyədə koronavirusa qarşı mübarizə tədbirlərini yerində araşdıracaq”, –

Qeyd edək ki, Rusiya COVİD-19-un yayılması ilə mübarizə çərçivəsində aprelin 15-dən iyunun 1-dək Türkiyəyə uçuşların məhdudlaşdırılması barədə qərar qəbul edib.