Mövlud Çavuşoğlu: Ümmət addım atmağımızı gözləyirbackend

Mövlud Çavuşoğlu: Ümmət addım atmağımızı gözləyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin Xarici İşlər Naziri Mövlud Çavuşoğlu Səudiyyə Ərəbistanına səfəri çərçivəsində Riyadda “Anadolu Ajansı”na açıqlama verib. Söhbətin böyük bir qismini İsrail və Fələstin toqquşmasına ayıran Çavuşoğlu – “Biz hər zaman qınayırıq amma ümmət addım atmağımızı gözləyir”, – deyə diqqət çəkici ifadə buraxıb .

NOCOMMENT.az huriyyet.com-a istinadən xəbər verir ki, Çavuşoğlu səfər çərçivəsində İsrail və Fələstin toqquşmasında həssas məqamlara toxunub.

“Regional məsələrdə əməkdaşlığımızı necə inkişaf etdirə bilərik mövzusunda müzakirələr apardıq. Bu dialoqumuzu davam etdirmək qərarı aldıq. Bu səfərimizdə İsrailin müqəddəs torpaqlarda Fələstinliləri necə qətl etdiklərinin şahidi olduq. Bu dönəm də səssiz qala bilməzdik. Prezidentimiz Ərdoğan bir çox dünya liderinə zəng elədi. Bizim işlərimizi izlədi. BMT Təhlükəsizlik Şurası üzvlərinə zəng etdik.Bölgə dövlətlərinin Xarici İşlər Nazirləri ilə görüşdük. Fələstin Xarici İşlər Naziri ilə təmasda olduq. Biz hər zaman qınayırıq amma ümmət addım atmağımızı gözləyir. Hüquq çərçivəsində Fələstinlilərin haqqını qorumaq lazımdır. Bayramdan sonra inşallah İslam Əməkdaşlıq Təşkilatında bu mövzunu ətraflı müzakirə edəcəyik”.