Mövlud Çavuşoğluna sürpriz zəng – Açıqlamalar ard-arda gəldi…backend

Mövlud Çavuşoğluna sürpriz zəng – Açıqlamalar ard-arda gəldi…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Dövlət katibi Entoni Blinken Türkiyə Xarici işlər naziri Mövlud Çavuşoğlu ilə telefon danışığından sonra açıqlama verib.

NOCOMMENT teleqraf-a istinadən xəbər verir ki, bu barədə o, tvitter hesabında yazıb.

“Bu gün Mövlud Çavuşoğlu ilə vaxtında danışmaq fürsəti tapdım. NATO müttəfiqimiz Türkiyə ilə ortaq prioritetlər məsələsində əməkdaşlığımızın davam etməsi böyük əhəmiyyət kəsb edir. Eyni zamanda, Yunanıstanla konstruktiv danışıqlara dəstək verdiyimizi diqqətinə çatdırdım”, – deyə Blinken qeyd edib.

ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays da görüşlə əlaqədar açıqlama verib: “Dövlət katibi Blinken və Xarici işlər naziri Çavuşoğlu ilə Suriya və Əfqanıstandakı ortaq maraqlarımız da daxil olmaqla, ABŞ və Türkiyə arasındakı əməkdaşlığın əhəmiyyətini müzakirə ediblər”.