Mozambik prezidenti Rusiyaya səfər etməyi planlaşdırırbackend

Mozambik prezidenti Rusiyaya səfər etməyi planlaşdırır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mozambikin yeni prezidenti Daniel Çapu Rusiyaya səfər etməyi planlaşdırır.

NOCOMMENT.az bildirir ki, bu barədə respublikanın Xarici İşlər Nazirliyinin rəhbəri Mariya Manuela dos Santos Lukas Rusiyanın xarici işlər naziri Sergey Lavrovla danışıqların yekunlarına dair mətbuat konfransında bildirib.

O, bu gün iki ölkə arasında bütün səviyyələrdə əla münasibətlərin olduğunu vurğulayıb. “Parlamentlərimizin rəhbərləri bu il görüşüblər və oktyabrda görüşməyi planlaşdırırlar”, – nazir xatırladıb. “Keçmiş prezident Rusiya-Afrika sammitində iştirak edib və yanvarın 15-də hakimiyyətə gələn yeni prezident də Rusiyaya səfər etməyi planlaşdırır”.