Mqer Qriqoryan: Heç bir müzakirə aparılmayıbbackend

Mqer Qriqoryan: Heç bir müzakirə aparılmayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Regionda kommunikasiyaların blokadadan çıxarılması Ermənistanla Azərbaycan arasında sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı deyil”.

NOCOMMENT xəbər verir ki, bu barədə TASS-a müsahibəsində Ermənistan baş nazirinin müavini Mqer Qriqoryan bildirib.

“Biz üç ölkə liderinin Soçidə verdiyi bəyanatı əsas götürürük və ona əsasən Ermənistan-Azərbaycan sərhədində sabitliyin və təhlükəsizliyin artırılması üçün addımlar atmaq, o cümlədən delimitasiya üzrə ikitərəfli komissiya yaratmaq barədə razılıq əldə olunub. Komissiya Ermənistanla Azərbaycan arasında dövlət sərhədinin və onun Rusiya Federasiyasının məsləhət yardımı ilə sonrakı demarkasiyasını həyata keçirməlidir. Lakin bu məsələnin heç bir halda regionda mümkün nəqliyyat əlaqələrinin açılması ilə bağlılığı yoxdur”.

Mqer Qriqoryan əlavə edib ki, Ermənistan, Rusiya və Azərbaycan Baş nazir müavinlərinin nəqliyyat kommunikasiyalarının blokadadan çıxarılması üzrə üçtərəfli işçi qrupu çərçivəsində sərhədlərin açıldığı halda daşımaların təmin edilməsi məsələsi ilə məşğul olan ekspert alt qrupu yaradılıb.

“Hələlik bu məsələlərin yekun həlli ilə bağlı heç bir müzakirə aparılmayıb”, – deyə Mqer Qriqoryan qeyd edib.