MSK iki seçki dairəsində 6 məntəqədə səsvermənin nəticələrini etibarsız sayıbbackend

MSK iki seçki dairəsində 6 məntəqədə səsvermənin nəticələrini etibarsız sayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında növbədənkənar parlament seçkiləri ilə əlaqədar 24 saylı Nizami Birinci Seçki Dairəsindən qeydə alınmış namizəd Ülviyyə Şükürovanın və 23 saylı Nəsimi-Səbail Seçki Dairəsindən qeydə alınmış namizəd Əziz Əzizovun müraciətlərinə baxılıb.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, 24 saylı Nizami Birinci Seçki Dairəsindən qeydə alınmış namizəd Ülviyyə Şükürovanın müraciəti üzrə 4, 6, 28, 31 və 33 saylı məntəqələrində səsvermənin nəticələri etibarsız sayılıb.

Bu 5 məntəqə istisna ilə, DSK-nın qərarı qüvvədə saxlanılıb.

23 saylı Nəsimi-Səbail Seçki Dairəsindən qeydə alınmış namizəd Əziz Əzizovun müraciəti üzrə 17 saylı məntəqədə səsvermənin nəticələri etibarsız sayılıb. Bu məntəqə istisna ilə, DSK-nın qərarı qüvvədə saxlanılıb.