MSK-nın yeni strukturu belədir – SİYAHIbackend

MSK-nın yeni strukturu belədir – SİYAHI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilib.

MSK Katibliyinin Media və kommunikasiya şöbəsindən NOCOMMENT.az-a bildirilib ki, əvvəlcə Komissiyanın 2022-ci il avqustun 4-də keçirilmiş iclasının protokolu təsdiqlənib.

Sonra Mərkəzi Seçki Komissiyası Katibliyinin strukturunun və ştat vahidlərinin yenidən təsdiq olunması məsələsi müzakirə edilib. Bildirilib ki, Katibliyin fəaliyyətinin səmərəliliyinin daha da artırılması məqsədilə Komissiyanın 2022-ci il 4 avqust tarixli Qərarı ilə “Mərkəzi Seçki Komissiyasının Katibliyi haqqında Əsasnamə”yə dəyişikliklər edildiyi üçün mövcud strukturun təkmilləşdirilərək yenidən təsdiq edilməsinə zərurət yaranıb. Qeyd olunanları əsas götürən Mərkəzi Seçki Komissiyası Katibliyin strukturunun və ştat vahidlərinin yenidən təsdiq edilməsinə qərar verib.

Media tərəfindən geniş işıqlandırılan iclasda, həmçinin bir sıra seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edilib və cari məsələlərə baxılıb.

Qeyd edək ki, iclasdan sonra MSK-nın yeni strukturu da məlum olub. Belə ki, qurumun ştat cədvəlindəki vahidlərin sayı 129-dur.

MSK-nın strukturunu təqdim edirik:

Katibliyin müdiri

Katibliyin rəhbərinin müavini

Katibliyin müdirinin köməkçisi

Katibliyin Təşkilat şöbəsi

Katibliyin Hüquq şöbəsi

Katibliyin Beynəlxalq əlaqələr şöbəsi

Treninq sektoru

Katibliyin İnformasiya mərkəzi (şöbə statusunda)

İnformasiya sistemlərinin avtomatlaşdırılması sektoru

İnformasiya şəbəkəsinə nəzarət və koordinasiya sektoru

Texniki və sistem təminatı sektoru

Katibliyin Ümumi şöbəsi

Kargüzarlıq sektoru

İnsan resursları sektoru

Katibliyin Media və kommunikasiya şöbəsi

Katibliyin Siyasi partiya və ictimai təsisatlarla iş şöbəsi

Seçkilərlə (referendumla) bağlı siyasi partiyalarla iş sektoru

Siyasi partiyaların maliyyə hesabatları üzrə iş sektoru

Katibliyin Redaksiya və nəşr şöbəsi

Katibliyin Maliyyə şöbəsi

Katibliyin Təsərrüfat şöbəsi