MSK-ya ayrılan vəsaitin həcmi və təyinatı məlum oldubackend

MSK-ya ayrılan vəsaitin həcmi və təyinatı məlum oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu ilin dövlət büdcəsində Mərkəzi Seçki Komissiyasına ümumilikdə 21 milyon 291 min 868 manat ayrılıb.

NOCOMMENT xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” 31 dekabr 2020-ci il tarixli fərmanında qeyd olunub.

Bu vəsaitin 3 milyon 774 min 807 manatı MSK-nın saxlanılması üçün ayrılan xərclərə aiddir.

Fərmana əsasən, ayrılan vəsaitin 5 milyon 251 min 155 manatı 2021-ci ildə seçici siyahılarının dəqiqləşdirilməsi, 12 milyon 265 min 906 manatı dairə seçki komissiyalarının saxlanılması üçün nəzərdə tutulub.