MTK sayğacları pulla satır? – Deputatın iradına Azəriqazdan CAVABbackend

MTK sayğacları pulla satır? – Deputatın iradına Azəriqazdan CAVAB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qaz sayğacları ilə bağlı şikayətlər hələ də artmaqda davam edir. Ötən gün Milli Məclisin iclasında çıxış edən deputat Azay Quliyev də bu məsələyə toxunaraq bildirib ki, “Azəriqaz” QSC-nin rəhbərliyi bu şikayətlərlə bağlı açıqlama versə də, problem olduğu kimi qalır: “Şikayətələrin məzmunu budur ki, mexaniki-elektron sayğacların yazdığı vəsait faktiki sərfiyyatdan fərqlənir və nəticədə vətəndaşlar istifadə etmədikləri təbii qaza görə əlavə vəsait ödəməli olurlar”.

Azay Quliyev

NOCOMMENT.az xəbər verir ki, millət vəkili qeyd edib ki, Mənzil-Tikinti Kooperativləri tərəfindən qanunsuz olaraq sayğaclar sakinlərə pulla satılır: “Ona görə yaxşı olar ki, “Azərqaz”ın və QHT-lərin nümayəndələrindən ibarət bir komissiya yaradılsın və məsələ şəffaf şəkildə birgə araşdırılsın, komissiyanın gəldiyi nəticə ictimaiyyətə elan edilsin”.

Bu çıxışdan sonra ölkədə sayğacların həqiqətən də pulla satılıb-satılmaması sual doğurdu. Məsələ ilə bağlı “Azəriqaz” İstehsalat Birliyinin mətbuat katibi Ceyhun Səfərov bildirdi ki, MTK-nın qazlaşma ilə bağlı işlərinə “Azəriqaz” İB qətiyyən müdaxilə etmir və qarışmır:

“Qaz təchizatının açılışa hazırlıqla bağlı məktubu bizə daxil olduqdan sonra, qaz çəkilişinin podratçı təşkilat tərəfindən layihəyə uyğun həyata keçirilib, keçirilmədiyini, sayğacların düzgün yerləşdirildiyini, ümumiyyətlə, təhlükəsizliklə bağlı tələblərin hansı formada icra olunduğunu müşahidə edib, yoxlayırıq. Ondan sonra qaz açılışının razılıq məktubuna müsbət rəy veririk. Qeyd etmək istəyirəm ki, Mənzil-Tikinti koorperativləri bina, mənzil daxili qaz təchizatı, sayğacların quraşdırılmasını və bu kimi işlərin hamısını özləri edirlər. Daha dəqiq desəm, özlərinin müqavilə bağladığı lisenziyalı təşkilatlarla, hansısa podratçı qurumların öz müqaviləsi ilə həyata keçirirlər.

Bu işlərdə “Azəriqaz” iştirak etmir. Sayğacları isə “Azəriqaz” İB-dən satın olaraq alırlar. Mənzil sayına uyğun olaraq nə qədər sayğac lazımdırsa, məktub daxil olur və satın olaraq alırlar. Qeyd etdiyim kimi, sayğacların soradan hansı qiymətə və necə satılması məsələsinə ümumiyyətlə, biz qarışmırıq.

MTK-nın da öz məzhəbləri olur. Görünür, ona uyğun olaraq hansısa qiymətə satırlar. Ola bilər ki, gedişatla bağlı bizə hansısa müraciəti edə bilərlər. Bu halda nə köməklik lazımdırsa, yerinə yetiririk. Mənzildə yaşayış olmadığı halda bizə yazılı şəkildə təminat versələr ki, qaz xəttində heç bir problem yoxdur, o zaman qaz açılışını edirik. Yox əgər bu işlər icra olunmursa, bir qanunsuzluq, layihədən kənar iş varsa, qaz açılşını təmin etmirik”.

Bakupost