MTN generalı “Mən Akif Çovdarovam” deyərək karantin rejiminə meydan oxudu – FOTObackend

MTN generalı “Mən Akif Çovdarovam” deyərək karantin rejiminə meydan oxudu – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Prezident İlham Əliyev tərəfindən 6 aprel 2020- ci ildə imzalanan əfv fərmanı ilə azadlığa buraxılan ləğv olunmuş MTN-nin Energetika və nəqliyyatda təhlükəsizlik baş idarəsinin sabiq rəisi Akif Çovdarov artıq evindədir.

NOCOMMENT.az xəbər verir ki, ölkədə elan olunmuş koronavirus pandemiyası ilə bağlı əfvə düşən şəxslər iki həftə müddətində xüsusi karantin rejimində qaldıqdan sonra ötən gün evlərinə buraxılmışdı.

Gununsesi.org-un əməkdaşı hazırda mənzilində olan Akif Çovdarovla əlaqə saxlayıb və onun azadlıqda ilk fotosunu əldə edib.

Çovdarov
Akif Çovdarov

“Uzun müddətli həbs cəzasına məhkum olunan bir şəxs kimi qısa zamanda azadlığa çıxacağınızı gözləyirdinizmi” sualına Akif Çovdarov belə cavab verib: “Mən Cənab prezidentə təşəkkür edirəm ki, bu gün azadlığa çıxmışam. İndi hamı ağlına nə gəldi, yazır. Mən bunlardan narahat olmuram. Məni bütün media qatı cinayətkar elan etmişdi. Olsun, bir söz demirəm. Amma mən Akif Çovdarovam… Bir gün geniş söhbət edərik, siz də yazarsınız. Başqa bir şey danışmaq istəmirəm. Sağ olun”.

Şəkildən də görünür ki, məclis üzvləri ölkə ərazisində xüsusi karantin rejiminin elan edilməsinə baxmayaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinin kobud şəkildə pozuntusuna yol veriblər. 

Sabiq MTN generalının sol tərəfində əyləşən isə Vəkillər Kollegiyasının üzvü, vəkil Kamandar Nəsibovdur. Yəqin ki, Kollegiya üzvü olan vəkil sözügedən maddəni pozduğunu bilməmiş deyil.

Qeyd edək ki, Prezident İlham Əliyev aprelin 6-da “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncam imzalayıb. Sərəncama əsasən, azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş yaşı 65-dən yuxarı 176 nəfər cəzanın çəkilməmiş hissəsindən azad edilib. Pandemiyanın respublikanın müxtəlif bölgələrində yayılmasının müşahidə olunması və əfv edilən şəxslərin yaşayış yerlərinin 40-dək rayonu əhatə etməsi nəzərə alınaraq, əfv olunan şəxslər doğmalarının yanına getməzdən əvvəl ailə üzvlərinin də sağlamlıq durumu araşdırılırdı.

Karantin rejimini pozan vəkil Kamandar Nəsibov