MTN generalının kassasiya şikayəti təmin edilməyibbackend

MTN generalının kassasiya şikayəti təmin edilməyib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Antiterror Mərkəzinin rəisi olmuş general-mayor Elçin Quliyev, Mərkəzin əməkdaşı, polkovnik Azər Mehdiyevin, Antiterror Mərkəzinin rəis müavini vəzifəsində çalışmış, polkovnik İlqar Əliyevin qanuni nümayəndəsinin kassasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

NOCOMMENT-in apa-ya istinadən məlumatına görə, Ali Məhkəmədə hakim İnqilab Nəsirovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

Qərara əsasən, təqsirləndirilən şəxslərin şikayəti təmin edilməyib.

Qeyd edək ki, Bakı Hərbi Məhkəməsinin hökmü ilə Elçin Quliyev 10 il 6 ay, Azər Mehdiyev isə 8 il azadlıqdan məhrum ediliblər.

Lakin Bakı Hərbi Məhkəməsinin hökmü ilə onların əmlaklarına həbs qoyulub.