MTN generalının məhkəməsi BAŞLADIbackend

MTN generalının məhkəməsi BAŞLADI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Hərbi əks-Kəşfiyyat Baş İdarəsinin sabiq rəisi, general-mayor Nizami Şirinov və onunla birlikdə ittiham olunan şəxslərin şikayəti üzrə məhkəmə prosesi başlayıb.

NOCOMMENT apa-ya istinadən xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakim İbrahim İbrahimlinin sədrliyə ilə keçirilən iclasda təqsirləndirilən şəxslərin anket məlumatları və apellyasiya şikayətlərinin dəlilləri dəqiqləşdirilib.

İş üzrə bəzi prosedurlar yerinə yetirilmədiyinə görə ilkin baxış iclası təxirə salınıb.

Proses dekabrın 2-nə təyin edilib.