MTRŞ-nin üzvü koronavirusdan vəfat edib – FOTObackend

MTRŞ-nin üzvü koronavirusdan vəfat edib – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Milli Televiziya və Radio Şurasının (MTRŞ) üzvü Mübariz Elyazov vəfat edib.

Bu barədə NOCOMMENT-ə MTRŞ-dan məlumat verilib.

Bildirilib ki, Elyazov Mübariz Elyaz oğlu COVİD-19 koronavirus infeksiyasından 20 gündən çox müalicə olunduğu xəstəxanada dünyasını dəyişib.

Mübariz Elyazov

“Həkimlərin bütün səylərinə, aparılan müalicələrə, uzun zaman süni tənəffüs aparatına qoşulmasına baxmayaraq, MTRŞ üzvü dünyasını dəyişib”, – deyə məlumatda qeyd olunub.

Qeyd edək ki, M.Elyazov 1967-ildə Ermənistanın Vardenis rayonunda anadan olmuşdu. O, 2003-ci ildən MTRŞ-nin üzvü idi.