MTRŞ: Ötən il televiziya və radiolara 76 milyon manat ayrılıbbackend

MTRŞ: Ötən il televiziya və radiolara 76 milyon manat ayrılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əvvəlki illərdə olduğu kimi, dövlət və özəl sektor maarifləndirici və informasiya yayımları həyata keçirən telekanallara, o cümlədən, regional telekanallara dəstək göstərilməkdə davam edir.

Milli Televiziya və Radio Şurasından NOCOMMENT-a verilən məlumata görə, dörd televiziya kanalının gəlirləri tam olaraq, daha iki kanalın gəlirləri isə qismən kommersiya reklamının satışından əldə olunan gəlirlər hesabına formalaşır.

2019-cu ildə televiziya və radio kanalların maliyyələşdirilməsinə ayrılan ümumi dotasiyaların məbləği 76 milyon manat təşkil edib ki, bu məbləğin 20 milyon manata yaxın hissəsi kommersiya strukturlarının dotasiyaları olub.

Televiziya və radio kanallarının kommersiya fəaliyyəti nəticəsində ümumən 31 milyon manat gəlir əldə olunub ki, bu məbləğin 26 milyon manatı televiziya reklamının, 5 milyon manatı isə radio reklamının payına düşür.

2019-cu il ərzində reklam vasitəsilə 2 milyondan çox gəlir əldə etmiş şirkətlərin sayı 4 olub. Bu şirkətlərin reklamdan əldə etdikləri gəlir televiziya və radio reklam bazarının ümumi həcminin 80%-ni təşkil edib.

2019-cu il ərzində prodüser qrupları televiziya kanallarından 7 milyon 800 min manat cəlb ediblər ki, bu məbləğin 7 milyon 450 min manatı (95%-dən çoxu) serial istehsalına sərf olunub. Bununla yanaşı, yerli serialların çəkilişinə xərclənən məbləğin 90%-dən çoxu dövlətdən və kommersiya strukturlarından dotasiya almayan 3 özəl telekanal tərəfindən cəlb olunub.

Televiziya və radio kanallarının il ərzində ən böyük xərcləri əməkdaşların məvacib fondunun saxlanılmasını (50 milyon manata yaxın), həmçinin, yerüstü və peyk yayımının təmin olunması üçün çəkilən xərcləri (17 milyon manata yaxın) əhatə edir.