MTRŞ üzvü: Televiziyaların vəziyyəti məni də qane etmirbackend

MTRŞ üzvü: Televiziyaların vəziyyəti məni də qane etmir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son dövrlər əsas informasiya mənbəyinə çevrilən sosial şəbəkələr televiziyaya olan marağı kəskin şəkildə azaldıb. Bir çox məşhur artıq televiziyaların demək olar ki, əvvəlki nüfuzunu itirdiyini, verilişlərə qatılmaq istəmədiklərini dilə gətirirlər.

NOCOMMENT xəbər verir ki, Milli Televiziya və Radio Şurasının üzvü Mübariz Əsgərov bu mövzuda yenisabah-ın suallarını cavablandırıb.

O bildirib ki, telekanalların nüfuzunun azalması araşdırmalar əsasında aydınlaşdırılmalı və müəyyən addımlar atılmalıdır: “Əlbəttə ki, televiziyaların bugünkü vəziyyəti məni də qane etmir. İnsanlar üzlərini sosial şəbəkələrə doğru tuturlar və bu, bütün dünyada baş verən prosesdir. Hazırda sosial şəbəkələr daha qabarıq, daha aktual və operativdirlər. Televiziyalarda da müəyyən çatışmazlıqlar var, müəyyən işlər də görülür ki, telekanallar sosial şəbəkə səviyyəsinə çatsın”.

Onun sözlərinə görə, televiziya ilə sosial şəbəkələr arasında gedən “müharibə” hələ uzun illər davam edəcək: “Mənə elə gəlir ki sosial şəbəkə ilə televiziya arasındakı mübarizə uzun müddət davam edəcək. Televiziyalar özləri də bunu başa düşür və müəyyən işlər görməlidirlər”.

Hazırda Teleradio Şuarsı tərəfindən müəyyən işlər də görülür ki¸telekanallar daha aktual olsun, amma yenə də bir addım sosial şəbəkələrdən geri qalırlar. Bu da bütün dünyada gedən prosesdir. Mən ümid edirəm ki, bu mübarizədə televiziya qalib gəlməsə də hər halda yaxın illərdə uduzmayacaq”.