MTX qarşısında mitinq: Etirazçılardan Paşinyana özəl hədiyyələrbackend

MTX qarşısında mitinq: Etirazçılardan Paşinyana özəl hədiyyələr

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İrəvanda Milli Təhlükəsizlik Xidmətinin binası qarşısında mitinq keçirilir.

NOCOMMENT xəbər verir ki, onlarla insan Milli Təhlükəsizlik Xidmətinin binası qarşısında Nalbandyan küçəsini bağlayıb. Polis etirazçılara küçədə hərəkətin açılması üçün 10 dəqiqə vaxt verib.

Aksiyaya nümayişçilər baş nazir Paşinyanı “Artsaxın kapitulyasından” daha çox narahat edən saat və ətir gətiblər.

Etirazçılar arasında Respublika partiyasından sabiq millət vəkilləri Arman Saqatelyan, Mihran Poqosyan, aktivistlər Narek Malyan və Narek Samsonyan, vəkil Ruben Melikyan, qondarma rejim prezidentinin keçmiş müşaviri Tiqran Abramyan da olublar.

Xatırladaq ki, noyabrın 10-da Qarabağla bağlı üçtərəfli bəyanatın imzalanmasından qəzəblənən nümayişçilər Nikol Paşinyanın mənzilləri ilə yanaşı, Ermənistan hökumətinin binasına soxulmuşdular. Paşinyan daha sonra yaşayış yerindən şəxsi əşyalarının itməsi barədə məlumat vermişdi. O, qol saatı, ətri və həyat yoldaşı Anna Akopyanın sürücülük vəsiqəsinin götürüldüyünü açıqlamışdı. Etirazçılar bu olaya işarə olaraq Paşinyana saat və ətir gətiriblər.