Müasir Azərbaycan dövlətinin inkişafında Ulu Öndərin rolubackend

Müasir Azərbaycan dövlətinin inkişafında Ulu Öndərin rolu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan xalqının böyük oğlu, müstəqil Azərbaycan dövlətinin qurucusu Azərbaycan siyasi sisteminin yaradıcısı, azərbaycançılıq ideologiyasının banisi Ulu Öndər,Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqının dövlətçilik tarixində böyük yeniliklərə işlərə imza atıb ki, yuxarıda sadaladığımız titulların heç biri Ulu Öndərin siyasi fəaliyyətini tam əhatə etmir.

Biz Ulu Öndərin fəaliyyətinə, Azərbaycan xalqı qarşısında xidmətlərinə nəzər saldıqda görəcəyik ki, bu əməllər Azərbaycan xalqının və dövlətinin inkişafını özündə ehtiva edir.

Ulu Öndər 1993-cü ildə Azərbaycan dövlətini parçalanmaqdan və məhv olmaqdan xilas edərək müasir Azərbaycan dövlətinin qurucusu kimi tarixdə öz layiqli  yerini  tutmuşdur.

Ulu Öndər dövlət və siyasi xadimlərdən idi ki, fəaliyyəti dövründə dövlətçiliyin siyasi-ideoloji əsaslarını yaratmaqla bərabər,eyni zamanda onun varisliyini də təmin edir. Ümumilli lider, Ulu Öndər bir millət mücahidi, Azərbaycan xalqının mücahidi idi. Ona görə də, Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqı tərəfindən daima hörmətlə anılacaq. Xalqımız var olduqca o da yaşayacaqdır.

Azərbaycan dövləti məhz Ulu Öndərin öz əsəridir.

Hörmətlə ,

Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin  tabeliyində olan “Yeni  Klinika” publik hüquqi şəxsin Hüquq şöbəsinin müdiri, Yeni Azərbaycan Partiyasının  ərazi təşkilatının sədri  Əliheydər Heydərli Ağabala oğlu