Müasir dövrdə ən böyük quş ölümü: 4 milyon qarabatdaq necə ölüb?backend

Müasir dövrdə ən böyük quş ölümü: 4 milyon qarabatdaq necə ölüb?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Təxminən on il əvvəl Heather Renner və onun tədqiqat qrupu Alyaska sahillərində minlərlə ölü dəniz quşu aşkarladıqda, qarşılarında ciddi bir ekoloji problem olduğunu anlayıblar.

NOCOMMENT.az Qaynarinfo -ya istinadən xəbər verir ki,”Science” jurnalında dərc olunan yeni bir araşdırma bu hadisənin müasir dövrdə hər hansı bir quş növü üçün qeydə alınmış ən böyük kütləvi ölüm hadisəsi olduğunu təsdiqləyir.

O dövrdə qarabatdaqların böyük hissəsinin yaşadığı Şimal Sakit Okeanında suyun temperaturu qeyri-adi dərəcədə yüksəlmişdi. Bu, qeydə alınmış ən böyük dəniz istilik dalğasının başlanğıcı idi. Quruya çıxan qarabatdaqlar həddindən artıq zəifləmiş və açlıqdan ölmüşdü. Alimlər bu hadisəni iqlim dəyişikliyinin və istiləşən dünyanın vəhşi təbiətə təsirinin ən açıq nümunələrindən biri kimi qiymətləndirirlər.

Alyaskanın 13 müxtəlif çoxalma koloniyasını yeddi il ərzində izləyən Renner və ABŞ Balıq və Vəhşi Təbiət Xidməti alimləri, baş verən faciənin miqyasını əvvəlcə tam qavraya bilməmişdilər.

Alyaska Dəniz Milli Vəhşi Təbiət Qoruğunda çalışan biologiya mütəxəssisi Heather Renner araşdırmanın nəticələrinə əsaslanaraq, Alyaskadakı qarabatdaqların yarısından çoxunun (təxminən 4 milyon quş) öldüyünü və bunun müasir dövrdə balıq olmayan onurğalı heyvanlar arasında ən böyük ölüm hadisəsi olduğunu bildirib. Bu rəqəm, 1989-cu ildə baş vermiş “Exxon Valdez” neft sızıntısı zamanı ölən qarabatakların sayından dəfələrlə çoxdur.

Araşdırmalar göstərir ki, 2016-cı ildə başa çatan iki illik istilik dalğasından əvvəl Alyaskada təxminən 8 milyon qarabatdaq var idi. Bu quşlar, yay aylarında qayalıqlarda yuva qurur, ilin qalan hissəsində isə okeanda kapelin və digər kiçik balıq növləri ilə qidalanırdılar.

Ancaq Şimal Sakit Okeanında suyun temperaturu normaldan 2,5-3 dərəcə yuxarı qalxaraq böyük ekoloji dəyişikliklərə səbəb olub. Bu istilik dalğası kiçik balıq populyasiyasının azalması ilə nəticələndi və qida zəncirində yuxarıda olan yırtıcı növləri də mənfi təsirə məruz qoyub.

Məsələn, Alyaska Körfəzindəki pasifik morina balığının sayı dörd il ərzində 80 faiz azalıb, bu isə ticarət balıqçılığını demək olar ki, iflic vəziyyətinə salıb. Həmçinin, bölgədəki kambur balinaların populyasiyası 20 faiz azalıb. Somon və qar yengəcinin də daxil olduğu digər növlər də ciddi itkilər verib.

Ancaq bütün növlər bu istilik dalğasından eyni şəkildə təsirlənməyib. Məsələn, qalın dimdikli dəniz quşları qarabataklarla eyni ərazilərdə yaşasa da, onların populyasiyasında belə dramatik azalma müşahidə olunmayıb. Alimlər bu fərqlərin səbəbini araşdırmağa çalışırlar.

Tədqiqatçılar hesab edir ki, bu hadisə iqlim dəyişikliklərinin dəniz ekosistemlərinə uzunmüddətli təsirinin bariz nümunəsidir. “Ocean Conservancy” təşkilatının Arktika proqramı üzrə tədqiqatçısı Meqan Uilyams bu hadisəni “sistemdəki problemlərin ilk xəbərdarlıq işarəsi” kimi qiymətləndirir.

Vəhşi təbiəti araşdıran Bri Drummond isə 2015-ci ildə sahildə minlərlə acından ölmüş qarabatdaqla qarşılaşdığını deyir. Həmçinin, çoxalma koloniyalarında kəskin azalma onların narahatlığını daha da artırıb.

2016-2022-ci illər arasında aparılan tədqiqatlar göstərir ki, qarabatdaqların sayı 52-78 faiz arasında azalıb və bu azalma dəniz istilik dalğası dövründən sonra da davam edib.

Drummond hazırda Koviet və St. Lazaria adalarında sahə tədqiqatlarına rəhbərlik edir. Onun sözlərinə görə, bəzi koloniyalar yüz minlərlə quşdan ibarət olsa da, populyasiyadakı kəskin azalma alimləri şok edib.

Renner qeyd edir ki, yaxın zamanda qarabatdaqların tamamilə yox olacağını düşünməsələr də, Alyaskanın ekosistemində böyük dəyişikliklər baş verir.

Uilyams isə əlavə edir ki, bu hadisə balıqçılıq və yaban həyatının qorunması üçün önəmli dərslər verir. “Berinq dənizi və Alyaska Körfəzi əvvəlki məhsuldarlığını qoruyub saxlaya bilməyəcək” deyən alimlər gələcəkdə oxşar faciələrin qarşısını almaq üçün tədbir görülməsinin vacibliyini vurğulayır.