Müavin işdən qovuldu: bəs direktor? – Təhsil İdarəsibackend

Müavin işdən qovuldu: bəs direktor? – Təhsil İdarəsi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hazırda məktəb direktoru ilə bağlı digər məsələləri də araşdırırıq.

NOCOMMENT xəbər verir ki, bu sözləri axar.az-a açıqlamasında Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri Elxan Nəcəfov Baş Prokurorluğun Lənkəran şəhər V.Əliyev adına 4 nömrəli humanitar təmayüllü məktəb-liseyin direktoru Yeganə Əsgərova barədə təqdimatı barədə danışarkən deyib.

O bildirib ki, tapşırığa əsasən, məktəbdə yoxlamalar aparılır: “Baş verən məsələ ilə bağlı direktorla bir neçə dəfə danışmışam. Bu gün valideynlə də görüşəcəm. Hadisə ilə bağlı hüquqi və inzibati olaraq düzgün qərar veriləcək”.

Qeyd edək ki, bir neçə gün öncə Lənkəran şəhər icra başçısının müavini Rasilə Arifqızı və V.Əliyev adına 4 nömrəli humanitar təmayüllü məktəb-liseyin direktoru Yeganə Əsgərova birincinin evində həmin məktəbin 9-cu sinif şagirdinə qarşı fiziki zorakılıq tətbiq ediblər. Baş Prokurorluq artıq cinayət işi başladıb və R.Arifqızı ilə bağlı İH-yə, direktor Yeganə Əsgərova ilə bağlı isə Regional Təhsil İradəsinə təqdimat göndərilib.

Lənkəran rayonunun icra başçısı Taleh Qaraşov artıq müavini Rasilə Arifqızını vəzifədən azad edib.

Direktorla bağlı isə hələ qərar verilməyib.