Moskva vilayətində müstəntiqlər sevgilisi ilə mübahisə zamanı ona yüngül maye tökərək yandıran 36 yaşlı yerli sakinə qarşı cinayət işi açıblar.
NOCOMMENT.az bildirir ki, bu barədə Lenta.ru-dan məlumat verilib .
İş Rusiya Federasiyası Cinayət Məcəlləsinin 30 və 105-ci maddələri ilə açılıb.
İstintaqın məlumatına görə, avqustun 7-də şübhəli şəxs birgə yaşadığı şəxslə mübahisə zəminində onu döyüb, daha sonra üzərinə alışqan tökərək yandırıb. Qadın hazırda ağır vəziyyətdə xəstəxanadadır.
Hadisə avqustun 8-də qeydə alınıb . İlkin məlumata görə, münaqişə zamanı kişi sərxoş olub.