Zaqatala şəhərində abadlıq işləri üçün tenderlər həyata keçirilir.
Zaqatala Rayon İcra Hakimiyyəti şəhərdaxili küçələrdə, kommunal binaların həyətlərində, səkilərdə və meydanlarda abadlıq işləri üçün tenderlər elan edib.
NOCOMMENT.az 32gun.az-a istinadən xəbər verir ki, tenderlər çərçivəsində “İstehsal Təmir Sahəsi” MMC qalib şirkət seçilib.
Faiq Əmirov küçəsi 286 saylı binanın həyətində söhbətgahların quraşdırılması üçün işlərin dəyəri 21.663,51 AZN təşkil edir.
Vaqif İsmayılov küçəsi 7 saylı binanın həyətində söhbətgahların tikintisi üzrə işlərin dəyəri isə 20.249,7 AZN olaraq müəyyən edilib.
Tenderlərin ümumi dəyəri 41.913,21 AZN-dir.
Qalib şirkətin nizamnamə kapitalı 2.011 AZN, qanuni təmsilçisi isə Məmməd Şitayev Şəmsəddin oğludur.
Mediada gedən məlumatlara görə, Zaqatalada baş tutan bütün tenderlərin qalibi Məmməd Şitayevdir.
Xatırladaq ki, Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadədir.