Mübariz Mənsimov ev dustaqlığından da azad olundubackend

Mübariz Mənsimov ev dustaqlığından da azad olundu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Mübariz Mənsimov İstanbuldan çıxmamaq şərtilə ev həbsindən azad edilib”.

NOCOMMENT xəbər verir ki, bu barədə modern.az-a “Palmali Holdinq”in mətbuat xidmətinin rəhbəri Fidan Quliyeva məlumat verib.

Xatırladaq ki, M. Mənsimov 2020-ci ilin mart ayında FETÖ işi üzrə aparılan istintaq çərçivəsində həbs olunmuşdu.

2021-ci ilin fevralında İstanbul Cümhuriyyət Prokurorluğu M.Mənsimovun məhkəmə nəzarəti altında şərti azadlığa buraxılması ilə bağlı vəsatət vermişdi.

Bu il martın 5-də İstanbul Ədliyyə Sarayında azərbaycanlı iş adamı Mübariz Mənsimovun vəsatəti təmin olunmuş, o, məhkəmə nəzarəti altında şərti azadlığa buraxılmışdı.