Mübariz Mənsimov yeni gəmiyə ŞƏHİDİN adını verdibackend

Mübariz Mənsimov yeni gəmiyə ŞƏHİDİN adını verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu şəhidimizi xüsusi təqdim etməyə ehtiyac duymuram, çünki Səbuhini tanımayan insan yoxdur. Səbuhi və Sənan Əhmədov qardaşları uşaqlıqdan valideyn himayəsindən məhrum olublar və Uşaq evində böyüyüblər.

NOCOMMENT xəbər verir ki, bu sözləri Palmali Şirkətlər qrupunun rəhbəri Mübariz Mənsimov şirkətin sosial şəbəkə səhifəsində paylaşdığı videoda deyib.

İş adamı bildirib ki, Səbuhi Əhmədov 2020-ci ildə Vətən müharibəsində əvvəldən sona qədər qəhrəmancasına savaşıb: “Cəsur döyüşçü medalı ilə təltif edilib. 2022-ci ilin sentyabrın 12-13-də Ermənistan Silahlı Qüvvələrinin Azərbaycana qarşı törətdiyi genişmiqyaslı təxribatın qarşısının alınması zamanı şəhid olub.

Bu gün mən şəhidin yeganə ailə üzvü olan qardaşı Sənana zəng etdim və gəmiyə onun qardaşı Səbuhi Əhmədovun adının verilməsi xəbərini verdim, qardaşı Sənandan xeyir dua aldım”.