Mübariz Mənsimovun gizli əmlakını Türkiyə detektivləri axtaracaq – RUSİYALI KREDİTORLARIN SİFARİŞİ İLƏ…backend

Mübariz Mənsimovun gizli əmlakını Türkiyə detektivləri axtaracaq – RUSİYALI KREDİTORLARIN SİFARİŞİ İLƏ…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyada müflis olmuş “Palmali” MMC-nin kreditorları Mübariz Mənsimovun gizlətdiyi əmlakını axtarmağı Türkiyədən olan detektivlərə həvalə ediblər.

NOCOMMENT.az xəbər verir ki, bu qərar bir neçə gün əvvəl kreditorlar komitəsinin iclasında qəbul edilib. Detektivlərin adları isə əlbətdə ki, gizli saxlanılır.

“Palmali” MMC Rostovda fəaliyyət göstərən və çaylarla neft daşımaları həyata keçirən şirkətdir, Türkiyədə mənzillənən “Palmali Shpping”in törəməsidir. Bu şirkət “Sberbank”a və digər kreditorlara olan yüz milyonlarla dollarlıq borcuna görə müflis elan olunub, əmlakı hərraca çıxarılıb. Lakin şirkətin müsadirə edilən əmlakının dəyəri onun borclarının həcmindən dəfələrlə aşağıdır.

Ona görə də kreditorlar Mübariz Mənsimovun Türkiyədəki əmlakını müəyyyənləşdirmək üçün bir neçə həftə əvvəl detektivlər axtarmağa başlamışdı. Bu işlə məşğul olanlara ayda 4 min dollar maaş vəd edilirdi. Detektivlər Mənsimovun 19 şirkətinə aid əmlakı Türkiyə ərazisində axtarıb tapmalıdır.

Mənsimov FETÖ ittihamı ilə bir ilə yaxın həbsdə qaldıqdan sonra bu yaxınlarda şərti cəza ilə azadlığa çıxıb. Onun biznesi müflis durumdadır.

virtualaz.org