Mübariz Mənsimovun kanalı azərbaycanlı şərhçini Türkiyədə gündəm etdi – VİDEObackend

Mübariz Mənsimovun kanalı azərbaycanlı şərhçini Türkiyədə gündəm etdi – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyədə fəaliyyət göstərən və Mübariz Mənsimova məxsus olan «Ekol TV» İTV-nin şərhçisi Tural Dadaşovun qol şərhini yayımlayıb.

NOCOMMENT.az sportinfo.az-a istinadən xəbər verir ki, AVRO-2024-ün final mərhələsinə həsr olunmuş verlişdə azərbaycanlı teleşərhçinin Mert Günokun seyvinə necə reaksiya verməsindən danışılıb.

Yerli həmkarlarımız Dadaşovun epizoda çılğın rəyini alqışlayıb, onun «ilahi müdaxilə» ifadəsini bəyənib.

Aydın oldu, burada söhbət qitə birinciliyinin 1/8 final mərhələsi çərçivəsində keçirilən Türkiyə – Avstriya qarşılaşmasından (1:1) gedir.

Belə ki. «ay-ulduzlar»ın qapıçısı Mert Günok 90+5-ci dəqiqədə möhtəşəm seyvlə komandasını növbəti mərhələyə daşıyıb.