Mübariz Mənsimovun məhkəməsi BAŞLADIbackend

Mübariz Mənsimovun məhkəməsi BAŞLADI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hazırda Türkiyə Cümhuriyyətinin 27-ci İstanbul Ağır Cəza Məhkəməsində azərbaycanlı iş adamı, “Palmali” şirkətinin rəhbəri Mübariz Mənsimov barəsində irəli sürülən ittihamnaməyə baxılır.

NOCOMMENT xəbər verir ki, bu barədə modern.az-a məlumat verən “Palmali Holdinq”in mətbuat xidmətinin rəhbəri Fidan Quliyevanın bildirib.

F.Quliyeva qeyd edib ki, iş adamına hökm oxunacağı gözlənilir.

Xatırladaq ki, Mübariz Mənsimov Türkiyənin hüquq-mühafizə orqanları tərəfindən 2020-ci ilin mart ayının 15-də saxlanılıb, martın 17-də isə onun barəsində həbs qətimkan tədbiri seçilib. Azərbaycanlı iş adamı FETÖ terror təşkilatı ilə əməkdaşlıqda ittiham olunurdu.

Mübariz Mənsimov ilk gündən ittihamları rədd edir və bu işin ona qarşı əvvəlcədən planlaşdırılmış qurğu olduğunu bildirir. İş adamı həbsdə olduğu müddətdə də dəfələrlə bildirib ki, onun FETÖ terror təşkilatı ilə heç vaxt əlaqəsi olmayıb.

Mübariz Mənsimov onu da vurğulayıb ki, özü və rəhbərlik etdiyi “Palmali” şirkəti hər zaman Azərbaycanın və Türkiyənin dövlətçiliyini dəstəkləyib və dəstəkləyəcək.