Müdafiə Nazirliyi Belqorod vilayəti üzərində pilotsuz təyyarənin vurulduğunu bildiribbackend

Müdafiə Nazirliyi Belqorod vilayəti üzərində pilotsuz təyyarənin vurulduğunu bildirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hava hücumundan müdafiə sistemləri Belqorod vilayətinin ərazisində Ukraynaya məxsus təyyarə tipli pilotsuz uçuş aparatını (PUA) məhv edib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi özünün Telegram kanalında məlumat yayıb.

Agentliyin məlumatına görə, pilotsuz təyyarə Moskva vaxtı ilə saat 13:30-da məhv edilib.

Hadisə nəticəsində tələfat və dağıntılar barədə məlumat yoxdur.

Bundan əvvəl Müdafiə Nazirliyi iki pilotsuz təyyarənin Belqorod vilayəti, digərinin isə Kursk vilayəti üzərində məhv edilməsi barədə məlumat vermişdi.