Müdafiə Nazirliyi düşmənin məhv edilən döyüş texnikalarının siyahısını yaydıbackend

Müdafiə Nazirliyi düşmənin məhv edilən döyüş texnikalarının siyahısını yaydı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün ərzində Azərbaycan Ordusu müəyyən olunan istiqamətlərdə irəliləyərək yeni dayaq məntəqələrini azad etməklə ərazini düşmən qüvvələrdən təmizləyib.

Bu barədə NOCOMMENT-ə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Döyüşlərdə düşmənin xeyli sayda canlı qüvvəsi, hərbi texnikası və digər döyüş vasitələri məhv edilib.

Sentyabrın 27-dən oktyabrın 7-si saat 05:30-dək düşmənin ümumi itkiləri aşağıdakı kimidir:

250-dək tank və digər zirehli texnika;
270-dək artilleriya, yaylım atəşli raket sistemləri, minaatan;
60-dək hava hücumundan müdafiə vasitələri;
11 komanda-idarəetmə və komanda-müşahidə məntəqəsi;
8 silah-sursat anbarı;
150-dək avtomobil texnikası;
1 ədəd S-300 zenit-raket kompleksi.