Müdafiə Nazirliyi düşmənin tanklarımızı vurması xəbərini ifşa etdibackend

Müdafiə Nazirliyi düşmənin tanklarımızı vurması xəbərini ifşa etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cəbhənin cənub sahəsində Azərbaycan Ordusunun guya 3 tankının vurulması barədə Ermənistan tərəfinin yaydığı məlumat həqiqətə uyğun deyil və tamamilə yalandır.

Bu barədə NOCOMMENT.az-a Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.

Qeyd edilib ki, cəbhənin Xocavənd istiqamətində Azərbaycan Ordusu düşmən üzərində taktiki, atəş və ərazi üstünlüyünə malikdir:

“Düşmən ordusu mənəvi və psixoloji baxımdan əzilmiş vəziyyətdə olduğu üçün qarşı tərəf mediada bu cür əsassız xəbərlər yaymaq məcburiyyətindədir”.