backend

Müdafiə Nazirliyi özünü elə apardı ki, elə bil Şuşa bizim torpağımız deyil” – DEPUTAT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Dünən Müdafiə naziri Zakir Həsənovun jurnalistlərlə brifinqinə diqqətlə qulaq asıdım. Ona Şuşadakı inaqurasiya ilə bağlı sual verdilər. Düzdür, Zakir Həsənov da Baş Qərargah rəisi Nəcməddim Sadıqov kimi Azərbaycan dilində danışa bilmir, bu, bizim bəlamızdır ki, böyük vəzifədə olanlar öz dilimizdə danışa bilmirlər”.

NOCOMMENT.az Cebhe.info-ya istinadən xəbər verir ki, bunu Milli Məclisdə çıxışı zamanı deputat Vahid Əhmədov deyib. V.Əhmədov bildirib ki, Zakir Həsənovun bununla bağlı təklifləri olmalı idi:

“Belə bir təcrübə olmuşdu, Serj Sarkisyan Xocalı aeroportunun açılışına gəlmək istəyirdi, amma Azərbaycan tərəfi buna imkan vermədi. Amma bu dəfə Müdafiə Nazirliyi özünü elə apardı ki, elə bil Şuşa bizim torpaqlarımız deyil, elə Paşinyan gəlib orda oynamalıdır”.

Deputat Siyavuş Novruzov isə Vahid Əhmədova cavab olaraq bildirib ki, Zakir Həsənovun Ali Baş komandana hansısa təklif verib vermədiyini deputalar bilmir.