Müdafiə Nazirliyi: Saxta profili ermənilər açıblarbackend

Müdafiə Nazirliyi: Saxta profili ermənilər açıblar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan tərəfindən Azərbaycan Respublikası Müdafiə Nazirliyi adına saxta Tvitter hesabı açılıb.

Bu barədə NOCOMMENT-ə Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.

“Vətəndaşları, sosial şəbəkə istifadəçilərini və KİV nümayəndələrini həmin profilə istinad etməməyə və bu https://twitter.com/Mod saxta hesabın bağlanılması üçün şikayət etməyə çağırırıq. Bildiririk ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəsmi “Twitter” hesabı bu linkdədir: https://twitter.com/wwwmodgovaz“, – deyə məlumatda qeyd olunub.